Gündəm 

Plastmas və onlardan hazırlanan məmulatların ixracında cüzi azalma olub

Yanvar-iyul aylarında 186,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 209,5 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin müvafiq dövründə dəyəri 209 milyon dollar olmaqla 201,2 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Daha çox xəbərlər