Ermənilər növbəti dəfə musiqimizi oğurladı – VİDEO
Ermənilər növbəti dəfə musiqimizi oğurlayıblar.
ARANTV.AZ xəbər verir ki, bu barədə Xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov instaqram səhifəsində paylaşım edib.
“Oğrular” dedikdə artıq hansı “millət”dən bəhs olunduğu bilinir. Bərbad vəziyyətdə oğurlanmış kompozisiyanı paylaşıb, qulağınızı zəhərləmək istəmədim. Necə ki, oğrular torpaqlarımızı oğurlayıb bərbad vəziyyətə qoymuşdular. Biz bu gün müzəffər ordumuzun qalib əsgərləri, şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına və ulu öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən cənab Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu”.
“Çağırışım dünya azərbaycanlılarının zərb aləti ifaçılarınadır: Azərbaycanın milli sərvəti nağaramızı yerə qoyub, yad alətləri ifa edib, sənət qeyrətimizi satmayaq. Siz nə qədər ki, onun-bunun balasını qucağınızda tutub sığal çəkəcəksiniz, başqalarıda sizin doğma alətlərinizi mənimsəməyə cəhd edəcək. Gəlin tarixi minilliklərə təsadüf edən ritmimizin sütunu olan nağara alətimizə sahib çıxaq”. – deyə Xalq artisti qeyd edib.
Sözügedən paylaşımı təqdim edirik:

