Əsas səhifə 

Sabitliyin təminatı

QALİB XALQ FENOMENİ MƏĞLUB XALQ SİNDROMU

“Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb inkişaf edibdir.”

Heydər Əliyev
Ümummilli Lider

Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.

Yaddan çıxarmayaq ki, “zəfər əzmin mükafatıdır.” Bu gün biz əminliklə deyə bilərik ki, bizim xalq sözün əsl mənasında öz parlaq tarixi keçmişilə ilə canlı salnamələrin təcəssümüdür.

Belə ki, xalqımızın öz keçmişi və milli genofonduna xas xüsusiyyətləri ilə tarixin bütün mərhələlərində bizə hər zaman baş ucalığı gətirən əməllərə imza atdlğı heç kimə sirr deyil. Bildiyimiz kimi ayrı-ayrı xalqların nümunəsində bəşəriyyət öz işıqlı şəxsiyyətləri ilə bütün  sivilizasiyalarda hər zaman elm, mədəniyyət, incəsənət, tibb, təbabət sahələrində üstün nailiyyət və samballı töhvələr verməklə insanlığın yaddaşına həkk olunmuşlar.

Bu da onu deyir ki, bizim xalq bu yöndə də yuxarıda qeyd olunan bütün sahələr üzrə öz sözünü, öz əməli yaradıcılıqları ilə möhürləmiş xalqlardan biri olmuşdur. Ələlxüsus da sənət, incəsənət ədəbiyyat, elm, mədəniyyət sahəsində fərqlənən böyük mütəfəkkirlərimiz, o cümlədən H.Cavid, M. Müşfiq, Ə.Cavad, C.Məmmədquluzadə, Sabir, Lütfizadə, A.Mirzəcanzadə, Ü.Hacıbəyov, M Maqomayev vəs. kimi dahilərimiz buna bariz nümunədirlər.

Həm də kimsəyə sirr deyil ki, xalqımız diğər xalqlar içində öz üstün zəkası, istedadı və yaradıcılıq potensialları ilə ali sənət nümunələri yaradaraq bəşəri dəyərlər sərgiləməkdə həmişə fərqlənmişlər. Bütün bunları deməkdə heç şübhəsiz, Qarabağ savaşı bizim torpaq bütünlüyümüzün bərpası ilə tamanlandıqdan sonra, millətin, xüsusilə də yeni nəslin yaradıcı nümayəndələrinin qalibiyyət ruhu ilə yeni bir “qalibiyyət fenomeni”nin”, o cümlədən özünə inam və güvən mahiyətində parlaq yaradıcılıq nümunələrini, onun daima inkişafda olan dinamikasını daha da yüksəldəcəkdir.

Beləliklə, bu yöndə yeni bir qalib nəslin yeni çağımızın “İNTİBAH” dövrünə qədəm qoyuduğu da ortada gözlər önündədir. Bununla da gələcək nəslin daha əlamətdar uğurlara imza atacağına bir daha içdən inanaraq səmimiyyətlə deyərdim ki, yetər ki, xalqımız bu məğlubiyyət sindromundan bir dəfəlik dərs çıxartmış olsun. Ona görə son vaxtlar dövlətimizin apardığı öz aktiv daxili və xarici  siyasətilə bağlı dünyada gedən düzgün təhlillər və ölkəmizin fəaliyyətinə verilən yüksək qiymətlər tam həqiqəti əks etdirir.

Həmçinin, okinci Qarabağ müharibəsinin nəticələri, bölgə üçün qaçılmaz olan yeni reallıqları da yaratmışdır. Belə ki, bölgədə yeni əməkdaşlıq imkanları uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaratmışdır və eyni zamanda, ölkəmiz də yeni intibah dövrünə qədəm qoymuş və özü ilə də yeni – yeni fürsətləri və imkanları da ortaya qoymuşdur.

Bu gün biz hamımız Böyük Qələbənin təsiri altındayıq, döyüş təcrübəsi və təchizatı ilə bir sıra inkişaf etmiş ölkələrin hərbi qurumlarının araşdırma mövzusuna çevrilmiş ordumuzla da fəxr edirik. Lakin,onu untutmamaq lazımdır ki, biz bunu ölkəmizin güclü iqtisadiyyatı olmasaydı, belə bir ordu qura bilməzdik.

Eyni zamanda da, azad edilmiş ərazilər ölkə iqtisadiyyatının gələcək inkişafına güclü təkan verəcək, həmin ərazilərdə yüksək texnoloji istehsalatların və “ağıllı şəhər və kəndlərin” yaradılması barədə mütərəqqi planlarının həyata keçirilməsi isə rahat və əlverişli yaşayış şəraitini təmin edəcəkdir.

Biz hamımız ölkəmizin ləyaqətini qorumalı və müdafiə etməliyik. Bu məsuliyyətli və həm də şərəfli işimizdə sizləri, o cümlədən xalqımızı Ali Baş Komandanımızın “Dəmir Yumruğ”u ətrafında sıx birləşməyə səsləyirəm.

Unutmayaq ki, “Güclü mühakimə olunmur.”

Əflatun Məmmədov, 
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə müstəqil ekspert

Daha çox xəbərlər