Hadisə 

DTX-dən Gömrük Komitəsində əməliyyatla bağlı məlumatlara REAKSİYA – YENİLƏNİB + VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat keçirməsi ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Qurumun mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, qurum tərəfindən heç bir antikorrupsiya əməliyyatı keçirilməyib:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

16:41

Dövlət Gömrük Komitəsində daha bir antikorrupsiya əməliyyatı keçirilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi keçirib.

Bu saatlarda keçirilən əməliyyat Şimal Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.

Daha çox xəbərlər