Hadisə 

Abşeronda hoteldə partlayış olub, yaralanan var

Abşeronda hoteldə partlayış olub.

ARANTV.AZ  xəbər verir ki, hadisə “Sun Set” hotelində qeydə alınıb.

İlkin məlumata görə, hotelin qazanxanasında anidən partlayış baş verib və 3 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, hazırda əraziyə FHN əməkdaşları cəlb edilib: “Yanğın baş verməyib, ilkin məlumata görə qazanxanada partlayış olub”.

Daha çox xəbərlər