Siyasət 

Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi ilə ölkəmizin müstəqillik yolunun əsası qoyuldu

1991-ci il sentyabr ayının 3-də Ümumilli  Liderimiz, xalqımızın Ulu Öndəri Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi ilə ölkəmizin müstəqillik yolunun əsası qoyuldu. 90-cı illərin əvvəlində ölkəmizdə dərin böhran, xaos, nizamsızlıq hökm sürürdü. Azərbaycan çox çətin və mürəkkəb situasiya qarşısında qalmışdı. Həmin dövrlərdə Naxçıvan Muxtar Respublikasının blokadada olması, sosial-iqtisadi vəziyyətin bərbad səviyyədə olması, eyni zamanda hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar səbəbindən Naxçıvanda vəziyyəti son dərəcə ağır idi. Lakin xalqımızın dühası Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti, uzaqgörən, müdrik siyasəti nəticəsində qısa müddət ərzində Naxçıvan Muxtar Respublikasında sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

Ümumilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyətin yüksəldilməsi və tərəqqinin əldə olunması istiqamətində bir çox əhəmiyyətli tədbirlər həyata keçirildi. Bu istiqamətdə aqrar islahatlarla yanaşı infrastrukturun inkişafı sahəsində də xüsusi tədbirlər reallaşdırıldı.

ARANTV.AZ  xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən tarixi qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının dövlət bayrağının təsdiqi olmuşdur. Belə ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış və 1991-ci ilin fevral ayının 5-də həmin vəsatətə baxılaraq Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etmiş və onu yenidən Dövlət bayrağı elan etmişdir. Bu bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının üzərində, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasında dalğalandı:

“Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı miras qoyub.  Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi liderdir. Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.”

Daha çox xəbərlər