“Xəstəxanamızda 12 transplantasiya əməliyyatı həyata keçirilib. Bütün xəstələr sağlam şəkildə evə buraxılıb”.
ARANTV.AZ xəbər verir ki, “Liv Bona Dea International Hospital”nın baş həkimi Cabir Gülmalıyev deyib.
O bildirib ki, tibb sahəsindəki ən çətin əməliyyatların böyük əksəriyyəti bizim xəstəxanada müvəffəqiyyətlə həyata keçirilir:
“Həkimlər, tibbi personal maksimum çalışır ki, pasiyentlərə ən yüksək səviyyədə tibbi xidmət göstərsin. Biz inanırıq ki, gələcək də həkim personalımız bu sahədə ilklərə imza atacaq”.
