Goranboy sakini Gəncədə intihar edib
Gəncədə intihar hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, Goranboy sakini 1996-cı il təvəllüdlü Elsəvər Şükükov şəhərdə qohumlarının evində özünü asıb.
Onun meyti yaxınları tərəfindən evin eyvanında asılmış vəziyyətdə tapılıb. Meyit adiyyatı üzrə təhvil verilib. Məlumata görə, E.Şükürov Ruhi Əsəb Dispanserində qeydiyyatda olub.
Faktla bağlı araşdırma aparılır.

