Hadisə 

Şirvanda qəfil ölən qadınla bağlı rəsmi AÇIQLAMA – YENİLƏNİB + FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şirvanda ölən qadınla bağlı açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2001-ci il təvəllüdlü vətəndaş sentyabrın 5-də Şirvan Rayon Müalicə Diaqnostika Mərkəzində öd daşı xəstəliyi diaqnozu ilə xolesistektomiya əməliyyatı olunub:

“İki saata yaxın baş tutan əməliyyat sonrası vətəndaşın vəziyyəti stabil olub. Daha sonra 15:00 radələrində vətəndaşın səhhəti qəfil pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib. Ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

11:02

Şirvanda gənc qadın vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Zivər Mirzəyeva qəfil dünyasını dəyişib.

Qeyd edək ki, o, bir müddət əvvəl ana olubmuş.

 

Daha çox xəbərlər