Region Xəbərləri 

Ordubadda meyvəçilik inkişaf etdirilir

Muxtar respublikanın Ordubad rayonunda meyvəçilik inkişaf etdirilir, salınan meyvə bağları məhsuldarlığı ilə seçilir.

ARANTV.AZ  xəbər verir ki, son aylar həmin bağlardan 1800 kiloqram meyvə yığılaraq rayonda yerləşən sərhəd komendantlığına, 3930 kiloqram meyvə isə Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.

Qeyd edək ki, Ordubad rayonunda yaşıllaşdırma tədbirləri çərçivəsində cari ilin yazında 7,1 hektar yeni bağ salınıb, 7,5 hektar sahədə bərpa işləri həyata keçirilib, sahələrdə 6125 meyvə, 725 meşə, 10 həmişəyaşıl ağacı tingi, 11800 gül və bəzək kolları əkilib.

Daha çox xəbərlər