Region Xəbərləri 

Balakəndə indiyədək 23,8 min tondan çox tərəvəz istehsal edilib

Balakən rayonunun təsərrüfatlarında tərəvəz yığımı davam edir. Bu il torpaq mülkiyyətçiləri 2037 hektar sahədə tərəvəz bitkiləri əkiblər. İndiyədək 1662,5 hektar sahənin məhsulu yığılıb, 23 min 819 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 514 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 143,3 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 12 min 276 ton xiyar, 4 min 686 ton pomidor, 3 min 79 ton yaşıl lobya, 1212 ton baş soğan, 896 ton sarımsaq, 625 ton badımcan, 56 ton kələm və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı isə başa çatıb. Torpaq mülkiyyətçiləri bu il sahələrdən 6065 ton kartof, 4348 ton bostan məhsulları yığıblar. Məhsul istehsalı əvvəlki illə müqayisədə artıb.

Daha çox xəbərlər