Proqnoz: Sulu qar, qar, 3 dərəcəyədək şaxta
Sabahdan Qazaxıstanda qarlı hava şəraiti başlayacaq.
ARANTV.AZ xəbər verir ki, Qazaxıstan Hidrometeorologiya Komitəsinin məlumatına görə yaxın 3 gün ərzində ölkə ərazisinə şimal-qərbdən soyuq antisiklon daxil olacaq
Sebtyabrın 13-dən etibarən qərb, şimal-qərb, şərq və cənub-şərq rayonlarında gecələr sulu qar və qar yağacağlı gözlənilir. Sinoptiklər sentyabrın 14-15-də respublika ərazisində güclü küləklə müşayiət olunan yağışların yağacağını proqnozlaşdırıblar.
Ölkənin şimal, şimal-qərb, mərkəzi və şərq bölgələrində gecələr havanın temperaturunun mənfi 3 dərəcəyə enəcəyi gözlənilir.

