Gündəm 

Azərbaycan AYİB ilə iki sənəd imzalayıb – FOTO/VİDEO

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında iki sənəd imzalanıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də paylaşım edib.

Nazir imzalanmadan əvvəl EBRD-nin prezidenti Odil Reno-Basso ilə görüş keçirdiyini, görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr apardığını qeyd edib.

“Bu gün imzalanan sənədlərə əsasən, AYİB-in Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, “Gəncə-Yaşıl Şəhər Proqramı” çərçivəsində “Küçələrin işıqlandırılması” layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur”, – deyə o qeyd edib.

Daha çox xəbərlər