Avqustda bəzi ərzaq məhsullarının qiyməti ucuzlaşıb
Avqustda iyula nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın və pivənin qiymətlərində müşahidə edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin və badımcanın qiymətləri ucuzlaşıb.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

