İsmayıllı rayonunda fındıq yığımı davam edir
İsmayıllı rayonunda fındıq yığımı davam edir və artıq bağlardan 209 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, İsmayıllida hazırda 2095 hektar fındıq bağı var və bağların 80 hektarı bar verir. İndiyədək yığılan məhsul ötən il ərzində toplanan məhsuldan 78 ton çoxdur. Fındıqçılığın daha çox inkişaf etdiyi ərazilərdə məhsuldarlıq daha yüksəkdir. Bu il bağlardan 290 tondan çox fındıq götürüləcəyi gözlənilir.
Hazırda bütün ərazilərdə məhsulun tam və itkisiz yığılması üçün ciddi səy göstərilir. Yığılan fındığın xeyli hissəsi birbaşa yerli bazarlara çıxarılır.

