Anar Eyvazov: “Ermənilər ərazi relyefindən və dərə boşluqlarından istifadə ediblər”
“Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı bölmələrinin diversiya qrupları dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində ərazi relyefindən və dərə boşluqlarından istifadə edərək bölmələrimizin arxasına sızıblar”.
ARANTV.AZ-ın məlumatına əsasən, bunu keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, erməni hərbçilər Azərbaycan bölmələrinin ətrafını və təminat yollarını minalamağa çalışıblar.
“Təbii ki, ordumuzun bölmələri tərəfindən tədbirlər həyata keçirilib və nəticədə qarşıdurma baş verib”, – deyə o əlavə edib.

