Nikolun sərhəd təxribatları
Ermənistanın baş naziri Nikol Paşinyan Putinə, Makrona, Rəisiyə, Blinkenə, beynəlxalq və regional təşkilatlara müraciət edərək, dünyada Azərbaycanı çətin vəziyyətə salmağa cəhd edir. Törətdiyi sərhəd təxribatlarından məqsəd isə öhdəliklərdən boyun qaçırmaq, Azərbaycanı qlobal səviyyədə təkləmək və beynəlxalq hüquq baxımından pozucu kimi göstərmək, bölgədəki iqtisadi inkişafın, Ermənistanın daxilində baş verə biləcək üsyanların qarşısını almaqla özünün vəziyyətini yaxşılaşdırmaq və güzəştlər qoparmaqdır. Ancaq Ermənistan İkinci Qarabağ müharibəsindəki kimi yenə də rəzil oldu. Müzəffər Azərbaycan Ordusu təxribatların qarşısını alaraq düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını və hərbi infrastrukturunu məhv etdi. Ermənistan mətbuatı yazır ki, “Azərbaycan Ordusu bütöv bir hərbi hissəmizi məhv etdi, külünü göyə sovurdu.”
Bildiyiniz kimi, 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bölmələrimiz tərəfindən qəti cavab tədbirləri görülüb. Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları genişlənirdi. Ermənistan silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun imövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması intensiv xarakter alırdı. Bunlarla bərabər, Ermənistanın Azərbaycan sərhədləri boyunca hərbi qüvvələrini artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi işğalçının genişmiqyaslı hərbi təxribata hazırlaşdığını açıq göstərirdi.
Bununla yanaşı, Ermənistanın sülh prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılaşmalar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, son zamanlarda Laçın rayonunun və digər ərazilərimizin minalanmasının davam etdirilməsi də bu çirkin məqsədə xidmət edirdi. Eləcə də kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, sülh gündəliyinə qarşılıq verməməsi işğalçı dövlətin sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini açıq göstərirdi.
Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir zamanda Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vasitə ilə mane olduğunu növbəti dəfə göstərdi. Müharibədən qalib çıxan Azərbaycanın işğal bölgələrində, onların gözlərinin qarşısında apardığı geniş miqyasda və sürətli tikinti-təmir, yenidənqurma və abadlıq işləri erməniləri yandırıb-yaxır və bunu dayandırmağa çalışırlar.
Bu dəfə də xislətlərinə uyğun olaraq ermənilərin döyüş meydanında ölmüş əsgərlərinin meyidini yığışdırmamış dünyada şivən salmaları onu göstərir ki, bu hərbi əməliyyat Ermənistan tərəfindən əvvəlcədən məxsusi hazırlanıb və həyata keçirilib. Sərsəm xəyallarının dəfələrlə darmadağın edilməsindən ağıllanmayan Ermənistan rəhbərləri indi Azərbaycana iftiralar atmağa imkan tapıblar. “Yazıq” və “quzu” ermənilər bu saxta imkanı ölən və yaralanan hərbçilərinin qanı hesabına əldə ediblər, yəni, bilərəkdən onların qanının axıdılması hesabına öz ağılsız ambisiyalarını yeritməyə cəhd göstəriblər. O da ki, alınmadı.
Rusiyalı politoloqlardan biri mətbuata açıqlamasında bildirib ki, görəsən bu gün Paşinyan cənab Əliyevin qarşısına hansı üzlə çıxacaq? Üzdə sülhdən danışıb arxada sülhə xəncər vurmaq nədən xəbər verir? Bir cavabı var: Hələ də izah olunmayan erməni xislətindən. Görünür, bunlar lənətlənərək insanların arasından qovulmuş şeytanın nəslindəndirlər. Yüz illərlə qan axıtmaq və qan içmək əcinnə və şeytan işidir.

