Azərbaycan ordusu üçün heç nəyi əsirgəməyib
Erməni hərbi ekspert Qaren Hovhannisyan Azərbaycan Ordusunun yüksək səviyyədə təchiz olunmasından danışıb.
ARANTV.AZ-ın məlumatına görə, o qeyd edib ki, Azərbaycan hökuməti öz ordusu üçün heç nəyi əsirgəməyib: “Azərbaycan hərbçilərinin hər birinə milyonlarla dollar xərcləyib. Xüsusi təyinatlıların döyüşçüləri müxtəlif ölkələrdə, əsasən də Türkiyədə beynəlxalq kurslar keçiblər”.

