Bakıdakı konserti ləğv edilən müğənnidən daha bir xoşagəlməz paylaşım
Xəbər verdiyimiz kimi, Ukraynalı müğənni Maks Barskix ermənilərə dəstək olması ilə bağlı paylaşımından sonra Bakıdakı konserti ləğv olunub.
ARANTV.AZ xəbər verir ki, bundan sonra ifaçı yenidən sosial media hesabında paylaşım edib və Azərbaycanın ünvanına sərt ittihamlar irəli sürüb.
“Biz Azərbaycandakı konsertimizi ləğv etmək qərarı aldıq. İstənilən ölkə, başqasına qarşı aqressiya nümayiş etdirən – mənim konsertlərim üçün yer deyil” deyə, o, ermənipərəstliyini bir daha nümayiş etdirib.



