Cəmiyyət 

Şəhid Turxan Süleymanov Daşkəsəndə dəfn olunub – FOTO

Ermənistanın təxribatı nəticəsində şəhid olan Turxan Süleymanov torpağa tapşırılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Turxan İdris oğlu Süleymanovun nəşi ailəsinin yaşadığı Daşkəsən rayon Quşçu kəndinə aparılıb.

Şəhid Daşkəsəndə Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

Şəhid böyük izdihamla torpağa tapşırılıb.

 

Daha çox xəbərlər