Səmərqənddə İlham Əliyevlə Vladimir Putinin görüşü keçirilir – YENİLƏNİB + VİDEO
Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında ikitərəfli görüş keçirilir.
Danışıqlar Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi fonunda baş tutub.
Görüş zamanı Rusiya dövlət başçısı ölkəsilə Azərbaycan arasında münasibətlərin çox uğurla inkişaf etdiyini bildirib.
Mənbə: TASS
09:52
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasına qatılacaq Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
Rusiya liderinin həmçinin Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirməsi nəzərdə tutulur.
Mənbə: TASS

