Gündəm 

QƏTİYYƏTLİ CAVAB: Ermənistanda şok yaradan unikal hərbi əməliyyat

Qırx dörd günlük Vətən müharibəsindəki əzici və biabırçı məğlubiyyətinin altına rəsmən imza atan Ermənistan ötən bu müddət ərzində təcavüzkar siyasətindən əl çəkmədi, sərsəm davranışlar sərgilədi. Azərbaycanın onlara səbirli yanaşmasından sui-istifadə edərək, barışığa əngəl olmaq üçün, müxtəlif təxribatlar törətmək üçün quduz iştaha qapıldı, ölkəmizə qarşı müxtəlif təxribatlara əl atdı.

Elə bu ilin avqustunda da azğın düşmən özbaşınalıq edərək sərhədlərimizdə təxribat törətməyə çalışmışdı və Azərbaycan Ordusunun “Qisas” cavab əməliyyatı nəticəsində sarsıdıcı zərbəyə məruz qalaraq yerində otuzdurulmuşdu.  Bu əməliyyatdan və xəbərdarlıqdan sonra  məntiqlə normal təfəkkür sahibi növbəti təxribata  əl atmalı deyildi. Amma Ermənistanda bunun əksini görürük.

Faşist xislətli ermənilərin sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmələrinə cavab olaraq qəhrəman oğullarımız düşmənin yenidən başını əzdi, mənfurları məhvə məhkum etdi. Ordumuzun gördüyü qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistanın Azərbaycanla sərhədinin  Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, respublikamızın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Artıq Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Bunun da sayəsində nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu əməliyyat zamanı Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi,  200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda  hərbi obyekti və onlarla postu məhv edilib. Hazırda Ermənistanda xəstəxanalarda yüzlərlə yaralı var. Rəşadətli Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatını gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi.

Azərbaycan Ordusu nəyə qadir olduğunu hələ 2016-cı ilin aprelində Ermənistan hərbi qüvvələrinin təxribatının qarşısının alındığı zaman və 2018-ci ilin mayında Naxçıvanın Günnüt kəndi ətrafındakı torpaqları   düşmən işğalından azad edərkən artıq əyani şəkildə nümayiş etdirdi. 2020-ci il iyul ayının 12–15-də Ermənistan–Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində baş verən hadisələr zamanı isə Azərbaycan Ordusunun bölmələri tamamilə yeni bir keyfiyyət ortaya qoydular. Ordunun komandir və zabit heyətinin yüksək peşəkarlığı, təşəbbüskarlığı və çevikliyi Ali Baş Komandan tərəfindən verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə yol açdı.  Sentyabrın 27-də növbəti düşmən təxribatlarına Azərbaycan Ordusu əks-həmlələrlə cavab verdi. Düşmən güman edirdi ki, Azərbaycan Ordusu bu istehkamları heç vaxt yara bilməyəcək. Ancaq əsgər və zabitlərimiz xarüqələr göstərdilər, Ali Baş Komandanın bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdilər və torpaqlarımızı işğaldan azad etməyə nail oldular. Beləliklə, 44 günlük müharibədə Ermənistan diz çökdü, kapitulyasiyaya məruz qaldı, tarixi ədalət bərpa olundu. Avqusun 26-da Azərbaycan Ordusu Laçın şəhərində, Zabux və Sus kəndlərində yerləşdi. Burada da himnimiz səsləndi, üçrəngli bayrağımız dalğalandı.

Görünən odur ki, Ermənistan münasibətlərin normallaşmasında və bütövlükdə sülh prosesində maraqlı deyil. Amma Ermənistan tərəfi artıq Azərbaycan Ordusunun dərslərindən nəticə çıxarmaq məcburiyyətindədir. Çünki onların istənilən təxribatının nəticələri məhz özləri üçün sarsıdıcı olur. Ermənistan hərbi avantüraların, terror və təxribatların ağır nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır.

Ermənistan unutmasın ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gündən-günə müasirləşən, hərbi-texniki təchizat baxımından dünyanın ən modern ordularından hesab edilir. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə bu sahədə böyük uğurlar qazanılıb, ordumuz ən müasir silahlarla təchiz olunub. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar və başqa hərbi təyinatlı məhsullar istehsal olunur. Azərbaycan zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi önəmli dərəcədə təmin etmək gücünə yiyələnib. Bundan başqa, silah və hərbi texnikaların satın alınması, hərbi məhsulların istehsalı ilə bağlı bir sıra ölkələrlə müqavilələr də imzalanıb. Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr yaradıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Eyni zamanda, bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur. Bir sözlə, günün tələblərinə, çağın ən mürəkkəb vəzifələrinə cavab verən güclü ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindən biridir.

Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir və bunu dəfələrlə də işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlərə də hərb meydanında böyük əzmkarlıqla göstərib. Gərək işğalçı tərəf təxribat planı qurmadan öncə dəfələrlə və yaxşıca düşünsün. Əgər belə olmasa, Azərbaycanın cavab tədbirləri daha kəskin olacaq və daha böyük itkilərə məruz qalacaqlar.

Daha çox xəbərlər