Laçın rayonu üzrə heyvandarlıq məhsulları istehsalı artıb
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlərin əsas məşğuliyyəti heyvandarlıqdır.
Laçın rayon Statistika İdarəsindən “İki sahil”ə verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında rayon üzrə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Belə ki, ilin səkkiz ayında rayonda 15 min 258 sentner ət, 135 min 981 sentner süd, 2750 sentner yun və 3123 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19,3 faiz, süd istehsalı 34,4 faiz, yumurta istehsalı 10,9 faiz, yun istehsalı isə 28,5 faiz artıb.

