Cəmiyyət 

“Koronavirusla bağlı vəziyyət qənaətbəxşdir, amma arxayınlaşmaq olmaz” – VİDEO

Dünyada, o cümlədən ölkəmizdə koronavirusa yoluxma hallarında azalma müşahidə edilir.

ÜST-nin son açıqlamalarına görə, artıq koronavirus pandemiyasının sonu yaxınlaşır.

İnfeksionist Mərdan Əliyev “Xəzər Xəbər“ə bildirib ki, artıq insanlarda virusa qarşı kollektiv immunitet formalaşıb.

“Hazırda vəziyyət qənaətbəxş olsa da, buna arxayın olmamalıyıq”- infeksionist belə deyib.

Yaşlılar, immun sistemi zəif olanlar, xroniki, həmçinin onkoloji xəstəliklərdən əziyyət çəkənlər xüsusi risk qrupuna daxildir. Xüsusilə bu şəxslər özlərini qorumalıdır. İctimai nəqliyyatda, insanların sıx toplaşdığı yerlərdə maskadan istifadə etmək, sosial məsafəni gözləmək tövsiyə olunur.

Daha çox xəbərlər