Hadisə 

Bakıda gənc oğlan bıçaqlanıb

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Musayev Şamil Ramazan oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.

Müxtəlif bədən xəsarətləri alan Ş.Musayev Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Daha çox xəbərlər