Region Xəbərləri 

Şamaxıda üzüm yığımı davam edir

Şamaxı üzümçüləri məhsul yığımını davam etdirirlər. Qısa vaxtda plantasiyalardan 7500 tonadək süfrə və texniki üzüm sortları yığılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda Şamaxıda 1870 hektar üzüm bağı var. Bunun da 1700 hektarı bar verir. Məhsul yığımı bütün ərazilərdə, xüsusilə Meysəri, Məlcək, Mirikənd, Qaravəlli, Həmyəli, Sabir, Adnalı, Çarhan, Mədrəsə, Şəhriyar inzibati ərazi dairələrində daha mütəşəkkil aparılır. Hər gün sahələrə 300-350 nəfərə yaxın işçi qüvvəsi çıxır. Yığılan süfrə üzümü yerli və xarici bazarlara çıxarılır.

Cari mövsümdə plantasiyalarda bol məhsul yetişdirilib. Mütəxəssislər 11 min tonadək məhsulun istehsal olunacağını proqnozlaşdırırlar.

Daha çox xəbərlər