Meyvə-tərəvəz ixracı cüzi azalıb
Cari ilin səkkiz ayında 383,4 min ton meyvə-tərəvəz ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 408,2 milyon dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 364,6 milyon dollar olmaqla 393,9 min ton meyvə-tərəvəz ixrac edilib.

