Bakıda gecə klubunda gənc qızı vəhşicəsinə döydülər – Xəstəxanalıq oldu
Bakının Nizami rayonunda gənc qız naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.
ARANTV.AZ-ın ona-ya istinadən xəbərinə görə, hadisə “Palermo” gecə klubunda baş verib.
Belə ki, klubda yaranmış dava zamanı orada işləyən 1991-ci il təvəllüdlü Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb. 28 yaşlı qız xəstəxanaya yerləşdirilib.
Faktın təfərrüatları Nizami polisi tərəfindən araşdırılır.

