Gündəm 

Səkkiz ayda 13 min tonadək kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib

Bu ilin yanvar-avqust aylarında 12,9 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 74,1 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 50,1 milyon dollar olmaqla 9942 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Daha çox xəbərlər