Bakıda pəncərəni silərkən yıxılıb ölən iki ayın gəlini haqda YENİ MƏLUMATLAR – VİDEO
Ötən gün Bakının Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.
ARANTV.AZ xəbər verir ki, hadisə şahidlərinin ATV-yə bildirdiyinə görə, o pəncərə silərkən ayağı ilişərək yıxılıb.
Məlumata görə, 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova 2 ay idi ki ailə qurmuşdu və hamilə idi.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.


