Atdığımız bütün addımlar beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur
Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlamaqla bərabər, vaxtaşırı təxribatlar törətməkdən çəkinmədi. Düşmən ölkənin silahlı qüvvələri ötən il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat törədərək, hərbi obyektləri və mülki əhalini hədəfə aldı. Bundan sonra ordumuz beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı yağılardan xilas etməyə başladı.Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında Prezident İlham Əliyevin vurğuladığı kimi, “qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi”.
Beləliklə, dövlətimizin başçısının qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə nəticələndi, Azərbaycan uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədən qalib çıxdı. Ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi.Prezident İlham Əliyev səfər çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitindəki çıxışında Azərbaycanın 30 illik işğal və son iki ilə yaxın postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəltməklə bir daha dünyaya günümüzün əsas çağırışını çatdırdı. “Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur”, – söyləyən Prezident İlham Əliyev əlavə etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycanın vəziyyəti ilə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.Dövlətimizin başçısı, həmçinin sentyabrın 12-13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini Sammit iştirakçılarının diqqətinə çatdıraraq Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını vurğuladı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan milli maraqlarını hər zaman qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğuna da diqqət çəkdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalmışdı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizdəki vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və nüfuz sahibi olan ölkələrdən biridir. 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik etməsi və ölkəmizin sədrliyinin yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılması deyilənlərə əyani sübutdur. Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev vaxtaşırı işğaldan azad edilən ərazilərə səfərlər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini göstərir. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlətimizin başçısının adı bu Zəfərin müəllifi kimi tarixə əbədi yazılır.
Aynur Həsənova,
YAP-ın gənc fəalı

