Qonşuda narkomanların sayı artdı
2022-ci ilin yanvar-avqust ayları ərzində Gürcüstan Məhkəmə Ekspertiza İdarəsinin Narkoloji müayinə xidməti tərəfindən ölkə üzrə 2127 nəfərdə narkomaniyaya alüdəçilik təsdiqlənib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, cari ilin yanvar-avqust aylarında narkomaniyaya görə 3047 nəfər yoxlanılıb, onlardan 12-si yetkinlik yaşına çatmayanlar, 64-ü qadınlardır. Nəticə etibarilə 2127 nəfərin narkomaniyaya alüdəçiliyi təsdiqlənib ki, onlardan da 28-i qadın, 5-i isə yetkinlik yaşına çatmayan şəxslərdir.

