Cəmiyyət 

Kamil Zeynallı bağça uşaqları ilə şəhidləri ziyarət etdi – VİDEO

Paylaşımlarıyla daim diqqət çəkən, xeyirxahlığıyla tanınan fitnes məşqçisi Kamil Zeynallı bu dəfə şəhid İzzət Həmidov adına olan bağçanın uşaqları ilə birlikdə şəhidləri yad edib.

ARANTV.AZ  xəbər verir ki, idmançı həmin kadrları özünün “İnstagram” səhifəsində paylaşıb.

Balacalarla şəhidlərin qəbrini ziyarət edən Kamil Zeynallı postunu bu sözlərlə şərh edib:

“Şəhid İzzət Həmidov adına olan bağçanın fidanları, mələkləri ilə şəhid əmilərini ziyarət etdik”.

Daha çox xəbərlər