Hadisə 

Qazaxda iki yeniyetməni ildırım vurub

Azərbaycanda iki nəfəri ildırım vurub.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Qazax rayonunda qeydə alınıb.

Onların təcili olaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirildiyi bildirilir.

Qazax Müalicə Diaqnostika Mərkəzindən faktı Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, 22.09.2022-ci il tarixində ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib:

“Onlardan biri 2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölüb. Digər zərərçəkən – 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır”.

Daha çox xəbərlər