Xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır
Axır zamanlarda Azərbaycanlılar dünyanın bir çox ölkələrində genişmiqyaslı tədbirlər, layihələr və aksiyalar həyata keçirərək ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmasına öz töhfələrini verirlər. 44 günlük vətən müharibəsi zamanı ölkənin bütün vətəndaşları ümumi amallar uğrunda birləşib, vətəndə və ya ölkə xaricində azərbaycançılıq ideologiyasını milli və dini mənsubiyyətindən asılı olmayaraq layiqincə həyata keçirdilər. Biz azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən soydaşlarımızın son vaxtlarda dünyanın bir sıra iri şəhərlərində genişmiqyaslı aksiyalar, layihələr həyata keçirdiklərinin şahidi oluruq.Bu aksiyalar hələ də davam etməkdədir. 44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə, informasiya təbliğatı aparmaqla kifayətlənməyiblər. Onlar, həmçinin Silahlı Qüvvələrimizə, şəhid ailələrinə və qazilərimizə maddi dəstək göstərilməsində yüksək fəallıq nümayiş etdiriblər.
Xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Ali Baş Komandan Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında bildirib. Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı deyib: “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq.
Bu proseslər fonunda xaricdə yaşayan soydaşlarımızın digər xalqların icma və təşkilatları ilə əlaqələrinin möhkəmlənməsi də olduqca əhəmiyyətlidir. Dövlətimizin xarici siyasətində əsas istiqamətlərdən olan Azərbaycan həqiqətlərinin, Xocalı faciəsi dəhşətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Bu baximdan Azerbaycan diasporasının işinin vacibliyini qeyd etmək lazımdır. Azərbaycan diasporu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük rol oynayır.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

