Bu tərəvəz min bir dərdin dərmanıdır
Bolqar bibəri ən faydalı tərəvəzlərdən biri sayılır. Bu tərəvəz müxtəlif vacib vitamin və minerallarla zəngindir.
Onun tərkibində C, B qrupu, A, P vitaminləri, kalium, fosfor, sink, dəmir, yod, kalsium, maqnezium mineralları var.
ARANTV.AZ belə zəngin tərkibli bolqar bibərinin digər faydalarını sadalayır:
– Bolqar bibəri insanın immun sistemi üçün çox xeyirlidir. Bu xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar üçün vacibdir. Çünki bu qrup insanlarda immun sistemi daha zəifdir.
– Qırmızı bolqar bibərin tərkibində “likopin” maddəsi var ki, bu maddə xərçəngin inkişafına mane olur.
– Bolqar bibəri (xüsusilə qırmızı növləri) qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı çox faydalıdır.
– Bibərin tərkibində olan A vitamini və sink insanın dərisinin və saçların vəziyyətinə olduqca çox müsbət təsir edir. Bu səbəbdən gözəl dəri və saçlara sahib olmaq üçün tez-tez bibər yemək lazımdır.
– Adıçəkilən tərəvəz iştahanı artırır, insanın mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir.
– Bibərin daim qəbulu insanın yaddaşını və diqqətini yaxşılaşdırır.
– Bolqar bibəri insanın sinir sisteminə yaxşı təsir edir, əhval-ruhiyyəsini yaxşılaşdırır, depressiya və stress zamanı kömək edir.
– Bu tərəvəz sümüklər üçün də çox xeyirlidir.
– Görmə ilə problemləri olan insanlar da bu tərəvəzdən tez-tez yeməlidir.
– Bibər ürəyin fəaliyyətinə müsbət təsir edir, təzyiqin tənzimlənməsinə kömək edir, qanı duruldur, damarlarda trombların əmələ gəlmə riskini azaldır.

