Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.
O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir:
“Təklifə əsasən, qaydanın adı yeni versiyada – Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq”.
