Region Xəbərləri 

Peşə təmayüllü siniflər Bərdə Rayonunda da artiq 2021-2022 ci tədris ilində bu uğurlu layihə fəaliyyət göstərməyə başladı.

Təhsil Nazirliyinin layihəsi olan Peşə təmayüllü siniflər layihəsi 2019-2020ci tədris ilindən başlayaraq 35rayonumuzda fəaliyyət göstərdi.Uğurlu layihə olduğu üçün 2020-2021-ci tədris ilindən artiq 80 məktəb 124 sinfi təşkil etdi.Bərdə Rayonunda da artiq 2021-2022 ci tədris ilində bu uğurlu layihə fəaliyyət göstərməyə başladı.Layihə 10-11ci sinifləri təşkil edir.Layihənin məqsədi təhsildən yayınmış ve peşəyə maraği olan şagirdləri əmək bazarına kortəbii şəkildə göndərməməkdir.Layihə Bərdə Rayon S.Behbudov adına 6saylı tam orta məktəbdə fəaliyyət göstərir.Layihəni Qarabağ Regional təhsil idaresinin rəisi Gündüz Əbdülov sərgidə iştirak edərək çox bəyənib fəaliyyəti üçün lazımı dəstəyi göstərmişdir.Peşə təmayüllü siniflərdə Dərzi köməkçisi İKT operator olmaqla yeni tədris ilində Qənnadci və İKT help desk ixtisaslari və Steam dərsi öyrədilir ,bununla bərabər sosial layihələr, təcrübə səfərləri,sərgilər, psixoloji təlimlər keçirilir.Şagirdlərimiz təhsil ilinin sonunda isə imtahan vasitəsilə 2sertifikat və DİM-in təşkil etdiyi imtahan vasitəsilə Attestat ilə təmin olunur. Məqsəd erkən nigaha son qoymaq ,pis vərdişlərdən uzaqlaşdırılmaq və şagirdlərimizi maarifləndirməkdir.Hər kəs unikaldır istədiyi peşəni öyrənmək də dəstəkci müəllimlərimiz var.Peşə təmayüllü siniflərdə Qrup rəhbəri olaraq Təhsil Nazirliyi tərəfindən imtahan yolu ilə göndərilmiş Vəliyeva Fidan fəaliyyət göstərir.Uğurlar arzu edirik şagirdlərimizin hər birini peşəyə yiyələnməyə səsləyirik.

Daha çox xəbərlər