İrəvanın rəsmi cinayətləri
Tarix boyu Azərbaycan xalqı bədnam qonşularının xəbis xislətli əməllərinə, torpaq bütünlüyümüzə yönəlmiş cinyət və təcavüzlərə məruz qalmışdır. Azərbaycan xalqı bu zaman kəsiyində nə qədər humanistlik, səbr və normal münasibətlər yaradılmasının tərafdarı olsa da, İrəvan və onun himayədarları bu vəziyyətdən sui istifadə etməyə can atmışlar.
Təkcə 1989-1994 illər ərzində minlərlə soydaşımız erməni faşızmi nəticəsində qətlə yetrilmiş, on minlərlə vətəndaşımız öz isti ocaqlarından didərgin düşmüşdür. Bu soyqrımı və qətliyamlarda körpələrə acımamış, qocalara rəhm olunmamışdır. .
Bəli, bütün illərdə bu cinayət əməllərinin adekvat cavabı verilsədə, düşmən heç bir nəticə çıxarmamışdır.
44-günlük müharibə başlamışdan əvvəl də İrəvan öz çirkin əməllərindən əl çəkməmişdir. Belə ki, xain zərbələri nəticəsində onlarla yüksək rütbəli hərbçimiz həlak olmuşdur. Bunlar artıq bardağı daşıran son damla oldu.
Azərbaycan dövləti bu illər ərzində diplomatik sahədə beynəlxalq aləmdə nüfuz qazandı, Azərbaycanı və Azərbaycan xalqını bütün dünya tanımağa başladı. Nəhayət 27 sentyabr 2021 ci ildə Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytarmaq üçün ayağa qalxdı, və bütün dünyaya sübut elədi ki, biz illər ərzində Qarabağ problemini sülh yolu ilə həll etməklə torpaqlarımızı geri qaytarmaq istəsəkdə rəsmi İrəvan “Dəmir yumruq” yeməməyə iştahlıdır.
Bu gün rəsmi İrəvan yediyi yumruqun dadını unudaraq yeni təxribatlar törətmək, yeni cinayətlərə əl atmaq üçün yeni himayədarlarla əlaqələr qurmağa can atır. Bütün dünya ölkələri Azərbaycanın yolunun haqq yolu olduğunu bilsə də, bəzi ermənipərəst qüvvələr sabitliyin pozulmasında, Azərbaycan xalqının öz torpaqlarını geri qaytarmasına əngəl törətməkdə maraqlıdırlar.
13-14 sentyabr 2022-ci ildə törədilən cinayətdə 79 şəhid 100 dən çox yaralımızın olması bu yeni cinayətə əl atmaq istəyinin bariz nümunədir.
Qeyd etdiyim kimi, rəsmi İrəvan həmişə olduğu kimi bütün törətdiyi cinayətlərin cavabını laiqincə alacaq. Rəsmi İrəvanın unutduğu bir şey var: Azərbaycan xalqı elə bir xalqdır ki, humanist, səbrli mərhəmətli olduğu qədər qətiyyətli, igid və qorxmaz bir xalqdır.
Nə tökülən zərrə qanın qisasını almadan nə də bir qarış torpağın hesabını etmədən İrəvanın başından yumruğu əskik etməyəcək!
Ceyhun Hüseynov – Masallı rayon Mərkəzi Xəstəxanası

