Region Xəbərləri 

#ŞƏMKİR SAKİNLƏRİNƏ ÇAĞIRIŞ: EYVANLARDAN BAYRAQ ASAQ, HƏMRƏY OLAQ

Sabah Vətən Müharibəsinin başlamasının iki ili tamam olur.
Buna görə də, 44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Artıq bir neçə gündür ki rayonumuzda Anım Gününə hazırlıqlar gedir.
Rayonumuzun, xüsusilə də Şəmkir şəhərinin bəzi küçə və prospektlərində sabaha hazırlıq məqsədi ilə eyvanlardan, həyatyanı evlərin qapılarından bayraqlar asılır.
Vətəndaşlarımızı da bu aksiyaya qoşulmağa çağırırıq. Hər kəs müharibə dövründə olduğu kimi, sabah eyvanından bayraq asaraq həmrəylik nümayiş etdirə bilər.
Məlumat üçün bildiririk ki, 27 sentyabr 2022-ci il tarixdə saat 11:30-da Şəmkir şəhərinin Şəhidlər xiyabanında 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçiriləcəkdir.
Saat 12:00-da Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədi ilə 1 dəqiqəlik sükut elan olunacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!!

Daha çox xəbərlər