“Xalq Vətən müharibəsi şəhidlərinin ziyarətinə gəlib, mənim övladımı da ziyarət edib, xatirəsini hörmətlə yad edir”.
ARANTV.AZ xəbər verir ki, bu fikirləri şəhid Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə deyib.
O bildirib ki, dəyərlərimizi, qəhrəmanlarımızı hər zaman olduğu kimi bu gün də unutmamalıyıq:
“Unutmaq bizim xalqa xas olan xüsusiyyət deyil”.
O, Anım Günü ilə əlaqədar şəhidlərin məzarını ziyarət edənlərə minnətdarlığını bildirib:
“Bu, bizə mənəvi dəstəkdir. Bu gün qazilərimizə, veteranlarımıza baxanda Cəbrayılı görürəm. Allah bir daha valideynlərə belə acı göstərməsin. Şəhid ailələri və qazilərə göstərilən dəstəyə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm”.
