Cəbhədən Xəbər 

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir – 27 SENTYABR, 2020-Cİ İL, 12:11

Müdafiə Nazirliyinin məlumatı:

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı uğurla davam edir

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.

Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.

Daha çox xəbərlər