Hadisə 

İtkin düşən 31 yaşlı kişinin yanmış meyiti transformatorda tapıldı – FOTO

Mingəçevir şəhərində transformatorda yanmış kişi meyiti tapılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, meyit ərazidə bu gün aşkar edilib.

Meyitin avqustun sonunda itkin düşən Ramin Mahmudova məxsus olduğu ehtimal edilir.

Qeyd edək ki, Yevlax rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Mahmudov avqustun 31-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.

 

Daha çox xəbərlər