Region Xəbərləri 

Bərdənin vətən müharibəsinin ilk şəhidlərindən olan Zeynalov Turqut Fikrət oğlunun şəhadətinin 2-ci il dönümüdür.

Turqut Fikrət oğlunun şəhadətinin il dönümüdür.
#Şəhid Turqut Zeynalov 1996-cı il avqustun 20-də Bərdə şəhərində anadan olub. 2002-2011-ci illərdə şəhər F. Muradov adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
2020-ci il sentyabr ayın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribata əks-hücumla başlanan Vətən müharibəsində Suqovuşanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatlarda iştirak etmiş və elə orda şəhidlik zirvəsinə ucalmışdır.Bərdə şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezinetinin müvafiq sərəncamları ilə çavuş Zeynalov Turqut Fikrət oğlu ölümündən sonra “Laçının azad olunmasına görə” , “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medallı ilə təltif edilmişdir.
Ruhun şad, məqamın uca olsun Vətən oğlu!!!

Daha çox xəbərlər