Gündəm 

Deputat: “Regionlarda iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq”

“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”.

ARANTV.AZ-ın məlumatına əsasən, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar.

“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, – deyə o əlavə edib.

Daha çox xəbərlər