Gündəm 

Tarixi erməni militarizmi…

Bu vəhşi toplumun bitib-tükənməyən cinayətlərinin cəzasız qalması və ikili standartlar hazırda dünyanın əziyyət çəkdiyi terrorizmin meydan sulamasına rəvac verib

Çar Rusiyası tərəfindən ermənilərin qədim Azərbaycan yurdu olan Qarabağa köçürülməsindən 200 ildən artıq vaxt keçib. Bu illər ərzində ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparmış və bu çirkin əməllərini bu günə kimi davam etdirməkdədirlər.

ХХ əsrin əvvəllərində – 1905-1907 və 1918-1920-ci illərdə 100 minlərlə azərbaycanlı erməni vəhşiliyinin qurbanı olmuşdur. Xüsusilə 1918-1920-ci illərdə erməni silahlı quldurlarının amansız, misli görünməmiş qəddarlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Bu illərdə qədim Azərbaycan torpaqları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Bakıda, Şamaxıda, Qubada və bir çox digər ərazilərimizdə dinc azərbaycanlı əhali ermənilər tərəfindən işgəncələr verilərək qətlə yetirilmiş, soyqırıma məruz qalmış, öz ata ocaqlarından qovulmuşlar. Sovetlər dövründə də ermənilər soyqırımı siyasətini davam etdirmişlər. 1948-1953-cü illərdə Ermənistandakı tarixi Azərbaycan torpaqlarından 150 min, 1988-ci ildə isə 300 min soydaşımız deportasiya olunaraq Azərbaycana yerləşdirilmişdir. Bu vəhşi proses zamanı 10 minlərlə insan qətlə yetirilmiş, evləri dağıdılmış, yurd yerləri viran qoyulmuşdur.

Ermənilərin törətdikləri bu vəhşiliyə, soyqırıma ilk dəfə olaraq ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

1988-ci ildən başlayaraq ermənilər öz havadarlarının köməyi ilə Qarabağda azərbaycanlıları qətlə yetirir, onların yaşadıqları evlərə od vururdular. Sonda Azərbaycan torpaqlarınının 20 faizi Ermənistan tərəfindən işğal edildi. Qarabağ və Şərqi Zəngəzurda ermənilər böyük vəhşiliklər törədərək minlərlə soydaşımızı amansızlıqla qətlə yetirdilər. 1992-ci ilin fevral ayının 26-da ermənilər XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını törətdilər. Bu soyqırımı nəticəsində yüzlərlə azərbaycanlı qadın, uşaq və qoca ən ağır işgəncələrlə qətlə yetirildi.

1992-ci ilin 24 mart tarixində Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə yaradılmış ATƏT-in (o zaman ATƏM) Minsk qrupunun fəaliyyəti elə ilk gündən məsələnin həllinə yox, dondurulmasına yönəlmişdi. Elə bu səbəbdən də illərlə davam edən danışıqlar nəticəsiz qaldı. Təəssüf ki, nüfuzlu beynəlxalq təşkilatlar da həqiqəti görməzdən gələrək Ermənistanın hərbi təcavüzlərinə susdular. BMT Təhlükəsizlik Şurasının Qarabağ problemi ilə əlaqədar qəbul etdiyi 4 qətnamə kağız üzərində qaldı və işğala son qoyulması ilə bağlı Ermənistana heç bir təzyiq göstərmədi.

Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində bir milyona yaxın soydaşımız öz yurd yerlərindən qovuldu. Tarixi, mədəni və dini abidələrimiz dağıldı, şəhər və kəndlərimiz yerlə-yeksan edildi. Təmas xəttinə yaxın ərazilərdə yaşayan çoxlu sayda azərbaycanlı dinc sakin erməni təxribatları nəticəsində həlak oldu. 2020-ci ilin 27 sentyabr tarixinə qədər Prezident İlham Əliyev Ermənistana və beynəlxalq ictimaiyyətə Azərbaycan xalqının bu işğalla barışmayacağını dəfələrlə bəyan etmişdi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bir daha nümayiş etdirdi. Ermənistan isə bu məğlubiyyətlərdən heç bir nəticə çıxarmadı, təxribatçı hərəkətlərə və bəyanatlara son qoymadı.

2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv top və raket zərbələri endirməyə başladı. Ermənistanın bu genişmiqyaslı hərbi təxribatının qarşısını almaq və bu təxribatlara son qoymaq üçün Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 27 sentyabr tarixindən Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı zamanı Silahlı Qüvvələrimiz böyük şücaət göstərərək torpaqlarımızı 44 günə azad etdi. Mədəniyyət paytaxtımız Şuşa şəhəri işğaldan azad edildikdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi müqavimət göstərməyin mənasız olduğunu anladı. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri atəşkəsin elan olunması barədə üçtərəfli Bəyanat imzaladılar və bununla da işğalçı dövlət kapitulyasiya aktına imza atmış oldu. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı bütün dünyaya səs saldı. Vətən müharibəsində 2994 şəhid verdik, minlərlə hərbçimiz yaralandı, 7 nəfər itkin düşdü.

Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 286 kəndi işğaldan azad etdi, bir çox hərbi əhəmiyyətli yüksəkliklər ələ keçirildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu, qətiyyətli siyasət nəticəsində Kəlbəcər,  Laçın, Ağdam rayonları bir güllə atılmadan, heç bir şəhid vermədən Azərbaycana qaytarıldı.

Gün gələcək soyqırımı törədən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Çünki həqiqət və tarixi ədalət bizim tərəfimizdədir. Bu əminliyi yaradan əsas amil isə ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın günbəgün güclənməsi, iqtisadi və siyasi qüdrətinin artmasıdır.

Daha çox xəbərlər