Region Xəbərləri 

Bu gün #Bərdə rayonundan #Vətən müharibəsi şəhidi Polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlunun şəhadətinin il dönümüdür.

Qeyd edək ki, Polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu 1981-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bərdəyə pənah gətirmiş, burada türk Qızıl Aypara Cəmiyyətinin tikdirdiyi kiçik otaqlarda məskunlaşmışlar. Düşmənə nifrət, Vətənə məhəbbət hissi ilə Mehman 1998-2002-ci illərdə ali təhsil alaraq zabit kimi yetişmiş, 2007-ci ilədək Silahlı Qüvvələrimizin Təlim Tədris Mərkəzində çalışaraq kapitan rütbəsilə ölkəmizdə peşəkar komandirlərin yetişməsinə öz töhfəsini vermişdir. Bundan sonra müdafiə nazirliyinin müxtəlif N saylı hərbi hissələrində taborun qərargah rəisi və tabor komandiri vəzifələrini layiqincə yerinə yetirmişdir. #Füzuli rayonunda N saylı hərbi hissəsində texniki təminat bölməsinin rəisi olaraq vətənə şərəflə xidmət etmişdir. 24 il #Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli ordenlə, həmçinin silahlı qüvvələrin yaradılmasının müxtəlif illərinin tamam olmasına görə medal və təltiflərlə mükafatlandırılmışdır. O, bir komandir kimi Silahlı Qüvvələrimizin, milli ordumuzun şərəf və ləyaqətini hər zaman yüksək tutmuşdur. O vətən müharibəsi başlanan ilk gündən silaha sarılaraq döyüş meydanına atılmışdır, bir neçə kəndin və postların azad edilməsində böyük şücayətliklər göstərmişdir. Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ruhun şad, məkanın cənnət olsun Vətən oğlu. 🇦🇿🇦🇿🇦🇿

Daha çox xəbərlər