Ceyhun Bayramov İsveçrənin dövlət katibi ilə görüşdü – FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb.
ARANTV.AZ-ın məlumatına əsasən, bu barədə Ceyhun Bayramov özünün “Twitter” hesabında yazıb.
“Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, – nazir qeyd edib.
Xatırladaq ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

