Gündəm 

Şanlı tarix – 44 günlük Vətən müharibəsi

Tarix çox müharibələrin şahidi olub. İşğalçı müharibələr, Vətəni müdafiə müharibələri və s. Zaman keçdikcə tarix bütün bu müharibələri təhlil edir, onların hansı məqsədlə və nə üçün uğurlu və ya uğursuz olduğunu araşdırır, qiymət verir.

Azərbaycan xalqının yaşadığı ərazi öz geosiyasi  yerləşməsinə  görə daim yadellilərin hücumuna məruz qalıb. Xalqımız yadellilərlə mübarizədə öz adını tarixə mübariz xalq , ədalətli xalq olaraq yaza  bilib. Biz heç bir zaman işğalçı müharibə aparmadıq , öz sərhədlərimizi qorumaq uğrunda mübarizəmiz də bizim haqqımız idi.

Azərbaycan Ermənistan tərəfindən törədilən haqsız müharibənin acı nəticələri ,ərazi bütövlüyünün pozulması ilə barışa bilməzdi. Beynəlxalq təşkilatların birtərəfli və ermənipərəst mövqeyi ona əsas verdi ki , biz öz HAQQ İŞİmizi özümüz sona çatdırmalıyıq. Heç kəs bizə torpaqlarımızı qaytarmadı, haqq səsimizə səs vermədi.

Ermənistan tərəfi ölkəmizə və xalqımıza qarşı ədalətsiz müharibəsini dayandırmaq və məğlub qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaq əvəzinə, mülki əhalini hədəfə almaqla qətliamı davam etdirirdi . Ermənistan bu gün də  hərbi təcavüzü həyata keçirən tərəf kimi bütün cinayətlərə görə birbaşa məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktı üzrə 50-dən artıq cinayət işi başlanıb və bu cinayəti törədənlər beynəlxalq axtarışa verilib. Erməni tərəfin təcavüzkar davranışı və onların beynəlxalq hüququ, Cenevrə konvensiyalarını kobud şəkildə pozması və hərbi cinayətlər törətməsi onların nizamlama məsələsində heç bir marağı olmadığını göstərirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son qarış torpağımız azad edilənə qədər 44 günlük Vətən müharibəsi ilə başlayan zəfər yürüşümüz davam edəcək. Cəbhənin bütün istiqamətlərində vəziyyət ordumuzun tam nəzarəti altındadır və qəhrəman əsgər və zabitlərin qəhrəmanlığı sayəsində Ermənistan ordusu döyüş meydanında cəzalandırılır. Hələ münaqişədən əvvəl Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində işğalçı Ermənistan bütün regional layihələrdən təcrid olunub və faktiki olaraq dalan dövlətə çevrilib.

Artıq beynəlxalq ictimaiyyət Azərbaycanın haqq savaşını və ədalətli mübarizəsini müdafiə edir. Çünki bizim ən güclü silahımız Vətən sevgisi və öz doğma torpaqlarımızın tam və qeyd-şərtsiz azad edilməsi istəyimizi uğurla başa çatdırmaq uğrunda ədalətli mübarizəmiz və haqq işimizdir. Bizim bu haqq işimiz və ədalətli mübarizəmiz qarşısında Ermənistan hərbi yolla heç nəyə nail olmayacağını qəti şəkildə anlamalıdır.

Ermənistana beynəlxalq hüquq baxımından məqbul sayılan və eyni zamanda, tarixdə tətbiq edilmiş sanksiyaların bütün formalarından istifadə edilməsi vacibdir. Heç bir dövlət bu faşist ölkəyə silah satmamalıdır. Bütün humanitar yardımlardan məhrum edilməlidir, çünki bu yardımları çirkin əməllərinin yerinə yetirilməsində istifadə edə bilər. Bütün iqtisadi qadağalar da kifayət qədər tətbiq edilməlidir. Belə olarsa, bu, gələcəkdə Ermənistanı və digər ölkələri bir daha işğalçılıq siyasətini dövlət siyasəti elan etməkdən çəkindirər. Bunun sayəsində Qafqaz regionunda sülh və əmin-amanlıq bərpa edilər, burada yaşayan xalqlar və millətlər qısa müddət ərzində yüksək iqtisadi-siyasi yüksəlişə nail olar, Avropa və dünya iqtisadi yüksəlişində fəal iştirak edərlər.

Haqq üzülər amma qırılmaz! Başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla hər bir Azərbaycan vətəndaşı bütün mümkün platformalarda Azərbaycanın haqq işinin təbliği və dünyaya çatdırılması istiqamətində əlindən gələni edir.

Azərbaycanın həyata keçirdiyi əks-həmlə əməliyyatları istiqamətində torpaqlarımız işğaldan azad edildikcə sanki bütün dünyada şok effetki yaranmaqdadır. Təbii dostlarımız sevinir və bizi dəstəkləməyə davam edir, düşmənlərimizin narahatçılğı isə tamamilə başa düşüləndir. Dünyada güclənən Azərbaycan və regionda söz sahibi olan olan xalqımız kimlərisə narahat edir. Bizim isə yolumuz açıq, amalımız aydındır. Onun üçün biz narahat deyilik!

Qarat Qaratov,
Bakı şəhəri, Ədalət  Abbasov adına 257 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər