Tarixi ədalət bərpa edildi
Tarixən Azərbaycan xalqının keçdiyi zəfərli yollar çox olub. Bu uğurlu yollarda xalqımızın qazandığı qələbələr heç də asan başa gəlməyib. Lakin, dövlət olaraq, millət olaraq dövlətçiliyimizi qorumaq üçün daim özümüzdən güclü olan qüvvələrlə mübarizə aparmaq məcburiyyətində olmuşuq. 44 günlük müharibə tarixə möcüzə kimi daxil oldu. Bu savaş tarixdə izi olmayan, torpağının, insanlarının yerini və dəyərini bilməyən aciz, zavallı bir ölkə baş verdi.100 ildən çoxdur ki, torpağımıza sığınan, çörəyi ilə, suyu ilə yaşayan ermənilər bir daha öz nankorluqlarını dünyaya bəyan etdilər və cavablarını aldılar. 30 ildən artıq havadarlarının köməyi ilə “sahibləndikləri” Qarabağ xülyası gözlərini qamaşdırdı. Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi bu azğınlığa dözmədi.
Azərbaycan Silahlı Qüvvələri ötən ilin 27 sentyabr tarixindən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarından istifadə edərək mənfur düşməni diz çökdürdü, Şanlı Zəfər qazandı. Tarixi ədalət-ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu zəfər dünyaya səs saldı. Hərçənd ki, itkilərimiz oldu .Necə deyərlər ki, qansız qələbə olmur.
Amma Vətənini ürəkdən sevən, Vətəni üçün canından keçən hərbiçilərimiz, əsgərlərimiz tarixi qələbəyə imza atdılar. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu. Bu savaşda qəhrəmanlıq göstərən şəhidlər, qazilər və hər kəs sübut etdi ki, şəhidlər ölməz, Vətən bölünməz. Bu qələbə tarixdə bənzəri olmayan qələbədir, şanlı tarixdir. Biz havası , torpağı, suyu nadir tapıntı olan Qarabağı azad etdik, Şuşamıza qovuşduq, tarixi torpaqlarımıza, tarixi mədəniyyətimizə qovuşduq.
Respublikamızın prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqla birlik siyasəti qalib gəldi. Düşmənə göz dağı olan Dəmir yumruq öz işini gördü. Vaqif poeziya günlərində ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: 44 günlük Vətən müharibəsi şanlı tariximiz oldu.
Nazlı Maxsudova,
Bakı şəhəri, 25 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

